Marneulidə bıçaqlanma hadisəsi baş verib

Marneulidə axşam saatlarında baş verən davada iki nəfər orta yaşlı kişi bıçaqlanıb.
Hadisə Marneulidəki "Good Times" olaraq bilinən çay evinin həyətində baş verib.
İddiaya görə, qanlı hadisə tikinti üstündə baş verib.
Əldə edilən məlumata görə, yaralı şəxslər klinikaya çatdırılıb.
Hadisənin digər təfərrüatları bu mərhələdə məlum deyil.