Marneulidə ağır yol qəzası baş verdi - Yaralılar var
Marneulinin İmir kəndi ərazisində Mercedes markalı avtomobil avtomobil daşıyan evakuatorla toqquşub.
Qəza nəticəsində hər iki nəqliyyat vasitəsinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar dərhal Marneulidə yerləşən xəstəxanalardan birinə çatdırılıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
mənbə: interpress