Marneulidə zorla qız qaçıran və polisə məlumat verməyən 7 nəfər saxlanıldı

Sep 12, 2025 - 23:51
 0  15
Marneulidə zorla qız qaçıran və polisə məlumat verməyən 7 nəfər saxlanıldı

Kvemo Kartli polisi 7 nəfəri nikah məqsədilə qanunsuz olaraq azadlıqdan məhrum etmə, məcbur etmə və cinayət barədə xəbər verməmək ittihamı ilə saxlayıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İstintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis İdarəsinin Marneuli rayon şöbəsinin əməkdaşları qabaqcadan əlbir olan qrup tərəfindən qanunsuz olaraq azadlıqdan məhrum etmə, zor tətbiq etmə və ağır cinayət barədə xəbər verməməkdə təqsirli bilinən 7 nəfəri saxlayıb. Məlumata görə, 2005-ci il təvəllüdlü qız uşağı qanunsuz olaraq azadlıqdan məhrum edilib. Cinayət barədə məlumat alan hüquq-mühafizə orqanlarının əməkdaşları qaçırılan qızın yerini dərhal müəyyən ediblər, bundan sonra polis E.A-nı və Ş.S.-nı saxlayıb. Cinayətlə bağlı məlumatı olan, lakin hüquq-mühafizə orqanlarına məlumat verməyən şəxslər də saxlanılıb.

Cinayətlər 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

mənbə: interpress