Daxili tranzit nömrələri dəyişir, qiymət artır
2026-cı il 1 mart tarixindən avtomobil və motosikletlər üçün daxili tranzit nömrə nişanları dəyişdirilir. Yeni nümunələr hökumətin 26 dekabr 2025-ci il tarixli qərarı ilə təsdiqlənib.
Xeber.ge xeber verir ki,
Daxili İşlər Nazirliyinin Xidmət Agentliyinə 2026-cı il 1 mart tarixinədək yeni nömrə nişanlarının hazırlanması və verilməsi üçün zəruri təşkilati tədbirlərin görülməsi tapşırılıb. Sənəddə həmçinin qeyd olunur ki, 1 mart tarixinədək verilmiş və hüquqi qüvvəyə malik köhnə nümunəli daxili tranzit nömrələrinin istifadə müddəti qanunvericiliklə müəyyən edilmiş qaydada saxlanılacaq.
Eyni zamanda, 2026-cı il 1 yanvar tarixindən etibarən tranzit nömrə nişanlarının qiyməti xeyli bahalaşıb - 50 lari əvəzinə 370 lari olub. Bu dəyişiklik parlament tərəfindən qəbul edilmiş yeni qanunla qüvvəyə minib.