Marneulidə qanlı qarşıdurma – atışma nəticəsində yaralanan şəxs klinikada həyatını itirdi
Xeber.ge xəbər verir ki,
27 yaşlı gəncin bədəninə 2 güllə dəymişdi. Mövcud məlumata görə, oğlu ilə birlikdə atəşə tutulan atasının vəziyyəti stabildir.
Yayılan məlumata əsasən, klinikada da qarşıdurma baş verib, bu səbəbdən əraziyə hüquq-mühafizə orqanları cəlb olunub.
Xatırladaq ki, Marneulidə dünən atışma olub. Ata və oğula atəş açılıb. Daxili İşlər Nazirliyi faktla bağlı Cinayət Məcəlləsinin 19-109-cu maddəsi ilə istintaqa başlayıb.