Marneulidə həyat yoldaşını bıçaqlayan və anasını yaralayan şəxs saxlanıldı
Marneulidə ailə daxilində ağır cinayət əməli baş verib. Həyat yoldaşına bıçaqla xəsarətlər yetirən şəxs polis tərəfindən həbs edilib.
Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumata görə, münaqişə zamanı təqsirləndirilən şəxsin anası da xəsarət alıb.
XEBER.GE xəbər verir ki, yaralıların hər ikisi dərhal müvafiq tibbi yardımın göstərilməsi üçün xəstəxanaya çatdırılıb.
DİN-in Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təcili əməliyyat nəticəsində cinayətin təfərrüatları müəyyən olunub:
Təqsirləndirilən şəxs Marneuli bələdiyyəsi ərazisində aralarında yaranmış mübahisə zamanı həyat yoldaşına soyuq silahla ağır xəsarətlər vurub.
Əlbəyaxa münaqişə zamanı təqsirləndirilən şəxsin anası da xəsarət alıb.
Polis əməkdaşlarının "isti izlər"lə keçirdiyi istintaq və operativ-axtarış tədbirləri nəticəsində cinayəti törədən şəxs saxlanılıb.
Cinayət aləti olan bıçaq polis tərəfindənmaddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 11 prima 117-ci maddəsinin 3-cü hissəsi (Ailə üzvünün sağlamlığına qəsdən ağır zərər vurma) ilə cinayət işi davam etdirilir.
Bu maddə qanunvericiliyə əsasən 13 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.