Marneuli Sadaxlı yolunda yol nəqliyyat hadisəsi baş verib

Bu gün, 4 iyun tarixində səhər saatlarında Marneuli Sadaxlı yolunun 9-cu kilometrliyində yol nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı Opel Vectra və Tesla markalı minik avtomobilləri toqquşub.
Hadisə yerinə təcili tibbi yardım və polis briqadaları cəlb olunub.
Şahidlərinin sözlərinə görə, hadisə nəticəsində bir nəfər yaralanıb. Yaralanan şəxs təcili tibbi yardım tərəfindən xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
mənbə: marneulifm