Marneuli-Sadaxlı magistralında ağır yol qəzası baş verdi - Ölən və yaralananlar var
Marneuli-Sadaxlı magistral yolunda ağır yol qəzası baş verib.
Hadisə zamanı Opel markalı avtomobillə Toyota markalı avtomobil toqquşub.
Qəza nəticəsində 1 nəfər dünyasını dəyişib, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb.
Hadisə yerinə dərhal polis, təcili tibbi yardım və xilasetmə qrupları cəlb edilib.
Hazırda polis hadisə yerində araşdırma aparır.
mənbə: interpress