Qardabani rayonunda İmam Əlinin mövludu keçirildi

Jan 16, 2025 - 00:50
Jan 16, 2025 - 10:06
 0  95
Qardabani rayonunda İmam Əlinin mövludu keçirildi
Qardabani rayonunda İmam Əlinin mövludu keçirildi
Qardabani rayonunda İmam Əlinin mövludu keçirildi

Ötən gün Qardaban rayonu Əl-hikmə elm və təhsil mərkəzində Həzrət Əlinin (ə) doğum gününə həsr olunmuş mövlud tədbiri keçirildi.

Mövlud tədbirində müəllim və tələbələr ilə yanaşı rayon inanclıları da iştirak edirdilər.

Məclisi Qardabani rayon axundu Hacı Anarın Quran tilavəti ilə açıq elan edildi.

Daha sonra BGMİ-nin Nümayəndəsi Hacı Niyazi məclis iştirakçılarını təbrik etdi.

Məclisdə mədrəsə tələbələrinin İmam Əli haqda hazırladığı hədis və şeirlər oxundu.

İman mədəni maarif müəssisəsinin müdiri Hacı Namiqin çıxışında İmam Əlinin məqamı və fəzilətləri haqqında məlumat verildi.

Daha sonra İmam Əli haqqında məclis iştirakçılarına suallar verildi. Düzgün cavab verənlərə hədiyyələr təqdim olundu.

Sonda İmam Əlinin adına ehsan süfrəsi verildi.