Macarıstan Gürcüstan vətəndaşlarına iş vizalarının verilməsini dayandırır

Jun 5, 2026 - 18:50
 0  12
Macarıstan  Gürcüstan  vətəndaşlarına iş vizalarının verilməsini dayandırır

Macarıstan hökuməti bu gündən etibarən Gürcüstan, Ermənistan və Filippin vətəndaşlarına iş vizalarının verilməsini dayandırır.

Bu barədə ölkə hökumətinin rəsmi nümayəndəsi Vanda Sondi bildirib.

Onun sözlərinə görə, hökumət əcnəbi işçilərin yerli işçilərin əməkhaqqısının artımını ləngitdiyi ilə bağlı narahatlıqlara görə onların işə düzəlmə qaydalarını sərtləşdirmək niyyətindədir.

V.Sondi bildirib ki, bu, ölkəyə əcnəbi işçi axınının tənzimlənməsində ilk addım olacaq.

Bununla yanaşı, artıq Macarıstanda olan əcnəbi işçilər icazələrin müddətinin uzadılması üçün müraciət edə biləcəklər, əvvəllər verilmiş ərizələrə isə müəyyən olunmuş qaydada baxılacaq.

mənbə: report