"Lion" Kvaratsxeliyanın PSJ-yə keçidi zamanı qanunsuzluğa yol verildiyini İDDİA EDİR

Feb 27, 2025 - 20:23
 0  43
"Lion" Kvaratsxeliyanın PSJ-yə keçidi zamanı qanunsuzluğa yol verildiyini İDDİA EDİR

"Lion" PSJ-nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliyanın Fransa çempionatının 23-cü turunun oyununda iştirakına etiraz edib.

Şikayət məktubunda oyunçunun PSJ-yə keçidində qanunsuzluğa yol verildiyi, bunun isə reqlamentin müddəalarını pozduğu bildirilib.

Qeyd edək ki, parislilər "Lion"la həmin matçda 3:2 hesabı ilə qalib gəlib, gürcü futbolçu məhsuldar ötürmə ilə yadda qalıb.

PSJ klubu Kvaratsxeliyanı bu ilin yanvarında "Napoli"dən 70 milyon avroya transfer edib.

mənbə: oxu