Laqodexidə sel suları dörd kəndi cənginə alıb: Təsərrüfatlara ağır zərbə

Apr 13, 2026 - 19:20
 0  44
Laqodexidə sel suları dörd kəndi cənginə alıb: Təsərrüfatlara ağır zərbə

Gürcüstanın Laqodexi bələdiyyəsində güclü yağışlar fəsadlar törədib. İntensiv yağıntı nəticəsində rayonun bir neçə kəndində yaşayış evlərini və həyətyanı sahələri su basıb.

Xeber.ge xeber  verir ki, təbii fəlakətdən ən çox Şroma, Çiauri, Çaduniani və Kvemo Naşovari kəndləri zərər çəkib.

  Onlarla evin zirzəmisi və həyəti mil-muna və suyun altında qalıb.

  Sel suları əkin sahələrinə və istixanalara ciddi ziyan vurub. Sakinlərin bildirdiyinə görə, əkinlər və yeni əkilmiş tinglər tamamilə məhv olub.

  Hazırda bölgədə ağır vəziyyət hökm sürür. Yerli sakinlər suyun çəkilməsi və dəymiş ziyanın aradan qaldırılması üçün hökumətdən təcili yardım tələb edirlər.

Bələdiyyənin xüsusi komissiyasının ərazidə monitorinqə başlayacağı və dəymiş ziyanın həcmini müəyyənləşdirəcəyi gözlənilir.