Lançxutidə ov tüfəngi ilə adam yaralayan şəxs saxlanılıb

Feb 7, 2026 - 11:15
 0  14
Lançxutidə ov tüfəngi ilə adam yaralayan şəxs saxlanılıb

Lançxuti bələdiyyəsində silahlı insident baş verib. Daxili İşlər Nazirliyinin  Lançxuti rayon idarəsinin əməkdaşları qəsdən adam öldürməyə cəhd ittihamı ilə 1962-ci il təvəllüdlü C.Ğ.-ni saxlayıblar.

Xeber.ge xeber  verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs qarşılıqlı mübahisə zəminində ov tüfəngindən atəş açaraq 1984-cü il təvəllüdlü R.B.-ni yaralayıb. Hadisəni törətdikdən sonra o, ərazidən qaçaraq gizlənib.

Polisin keçirdiyi operativ tədbirlər nəticəsində şübhəli şəxs yaxalanaraq istintaqa cəlb olunub. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi (qəsdən adam öldürməyə cəhd) ilə cinayət işi başlanılıb.

Saxlanılan şəxsi 15 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.