Kutaisidə atışma nəticəsində yaralanan şəxslərdən biri xəstəxanada vəfat edib

Nov 30, 2025 - 21:29
 0  41
Kutaisidə atışma nəticəsində yaralanan şəxslərdən biri xəstəxanada vəfat edib

Gürcüstan Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin əməkdaşları Kutaisidə, Gamsaxurdiya küçəsində baş vermiş qətlin və bıçaqlama faktı ilə əlaqədar olaraq iki və ya daha çox şəxsə qarşı ağırlaşdırılan şəraitdə törədilmiş qətl cəhdi maddəsi ilə istintaqa başlayıblar.

Xeber.ge xeber  verir ki, bu barədə DİN tərəfindən yayılmış məlumatda deyilir.

"Istintaqın bu mərhələsində müəyyən edilməyən bir şəxs Kutaisidə, Gamsaxurdiya küçəsində yerləşən binalardan birinin yanında odlu silahdan atəş açaraq üç şəxsi yaralayıb: 1970-ci il təvəllüdlü Ş.Q., 1979-cu il təvəllüdlü İ.R. və 1983-cü il təvəllüdlü İ.Q. və hadisə yerindən qaçıb.

Hər üç yaralı Təcili Tibbi Yardım işçiləri tərəfindən xəstəxanaya aparılıb, lakin aldıqları zədələr nəticəsində onlardan biri - Ş.Q. vəfat edib.

Günahkar şəxsi müəyyən etmək və həbs etmək məqsədilə hüquq-mühafizə orqanları aktiv istintaq tədbirləri həyata keçirirlər" - deyə DİN-də bəyan edirlər.

Istintaq Cinayət Məcəlləsinin 19-109-cu maddəsinin "L" yarımbəndi ilə aparılır ki, bu da 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetməni nəzərdə tutur.