Kutaisidə tikilməyən mənzili satan dələduz saxlanıldı

Oct 10, 2026 - 11:51
 0  16
Kutaisidə tikilməyən mənzili satan dələduz saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin Kutaisi Şəhər İdarəsinin əməkdaşları böyük məbləğdə vəsaiti dələduzluq yolu ilə mənimsəməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş bir şəxsi saxlayıblar.

XEBER.GE xeber  verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs vətəndaşı Tbilisidə konkret ünvanda yaşayış binasının tikildiyinə inandırıb. O, zərərçəkənlə 80 kvadratmetrlik mənzilin 96 000 ABŞ dollarına satılması barədə müqavilə bağlayıb və bu əsasda zərərçəkən göstərilən bank hesablarına mərhələli şəkildə pul köçürüb.

Araşdırma zamanı məlum olub ki, müqavilədə qeyd olunan ünvanda heç bir tikinti aparılmır və köçürülən vəsait aldadılaraq mənimsənilib. Cinayət nəticəsində vətəndaşa 13 500 ABŞ dolları məbləğində maddi ziyan dəyib.

Hüquq-mühafizə orqanları əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsi məhkəmənin qərarı ilə saxlayıblar. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci (dələduzluq) maddəsi ilə istintaq aparılır ki, bu da 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.