Alkoqollu sürücü piyadayla vurub qaçıb — 7 il 6 ay həbs cəzası

Jul 11, 2026 - 14:58
Jul 11, 2026 - 14:59
 0  20
Alkoqollu sürücü piyadayla vurub qaçıb — 7 il 6 ay həbs cəzası
: :
playing

Alkoqolun təsiri altında avtomobil idarə edərək piyadayla toqquşub və hadisə yerindən qaçan şəxs 7 il 6 ay azadlıqdan məhrum edilib — bu qərarı Telavi Rayon Məhkəməsi qəbul edib.

XEBER.GE xeber  verir ki, Prokurorluğun yaydığı məlumatda qeyd olunur ki, təqsirləndirilən şəxs piyadanını həyat üçün təhlükəli vəziyyətdə tərk edib, nəticədə o, dünyasını dəyişib.

„Telavi Rayon Məhkəməsi prokurorluq tərəfindən təqdim edilmiş bütün sübutları tam qəbul edərək, zərərçəkəni təhlükəli vəziyyətdə tərk etmə və alkoqolun təsiri altında avtomobil idarə edərkən hərəkətin təhlükəsizliyi qaydalarını pozma faktı üzrə təqsirləndiriləni təqsirli bilib.

Məhkəmə prosesində araşdırılan sübutlar əsasında müəyyən edilib ki, təqsirləndirilən şəxs alkoqolun təsiri altında avtomobil idarə edərkən hərəkətin təhlükəsizliyi qaydalarını pozub, piyadayla toqquşub, onu həyat üçün təhlükəli vəziyyətdə tərk edib və hadisə yerindən qaçıb. Toqquşma zamanı aldığı xəsarətlər nəticəsində zərərçəkən vəfat edib.

Telavi Rayon Məhkəməsi təqsirləndiriləni Gürcüstan Cinayət Məcəlləsinin 128-ci maddəsi (təhlükəli vəziyyətdə tərk etmə) və 276-cı maddənin 7-ci hissəsi (alkoqolun təsiri altında avtomobil idarə edərkən hərəkətin təhlükəsizliyi qaydalarını pozma, nəticədə insanın ölümünə səbəb olma) ilə təqsirli bilib və cəza növü və ölçüsü kimi 7 il 6 ay azadlıqdan məhrum etmə cəzası təyin edib“, — deyə məlumatda bildirilir.