Kompası ilk dəfə kim ixtira edib?

May 14, 2026 - 11:05
 0  17
Kompası ilk dəfə kim ixtira edib?

Kompasın 1302-ci ildə Amalfi şəhərindən olan italyan Flavio Gioia tərəfindən ixtira edildiyi düşünülsə də, bu icad arxasında da müsəlmanların durduğunu az adam bilir.

 Xeber.ge xəbər verir ki, hələ 854-cü ilə aid faktlara əsasən, müsəlman ərəb dənizçiləri uzaq səfərlərə çıxarkən istiqaməti müəyyən etmək üçün özləri ilə kompas aparırdılar.

İmam Cəfər Sadiqin (ə) tələbəsi olan Cabir əl-Həyyan hələ VIII əsrdə kompasla təcrübələr aparmışdı ki, bu da həmin dövrün tarixi mənbələrində əks olunmuş və qeydə alınmışdır.

Kompasın Amalfi şəhərindən olan italyana aid edilməsinin səbəbi isə, ehtimal ki, bu şəhərin ərəblərlə ticarət aparan ilk dəniz şəhərlərindən biri olması və həmin qarşılıqlı əlaqə nəticəsində italyalının ixtiranı mənimsəyə bilməsi ilə bağlıdır.

mənbə: azshafaqna.com