Kobuletidə avtomobil yoldan çıxıb, üç gənc xəsarət alıb
Kobuletti bələdiyyəsinin Leğva kəndində yol-nəqliyyat hadisəsi baş verib.
XEBER.GE xeber verir ki, “Acara Times”ın məlumatına görə, qəza nəticəsində üç gənc xəsarət alıb.
Nəşr yazır ki, minik avtomobili yoldan çıxaraq aşıb.
İlkin məlumata əsasən, xəsarət alanlar Ozurqeti klinikasına aparılıblar.