Kobaxidzedən ABŞ açıqlaması: Buna hazırıq!

Jun 27, 2025 - 20:04
 0  23
Kobaxidzedən ABŞ açıqlaması: Buna hazırıq!

ABŞ-la strateji tərəfdaşlığı hər iki ölkə üçün faydaları əks etdirəcək konkret yol xəritəsi üzrə etməyə hazırıq.

Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze parlamentdə illik hesabatını təqdim edərkən deyib.

O qeyd edib ki, ABŞ-la münasibətlər bizim üçün mühüm prioritetdir:

“Bildiyiniz kimi, biz bu mövzuda ictimai bəyanatla çıxış etdik, ABŞ ilə strateji tərəfdaşlığı bərpa etməyə hazırıq. Müvafiq addımları gözləyirik. Səfirliklər istiqamətində çox mühüm addımlar atılıb, o cümlədən Gürcüstanın ABŞ-a səfiri təyin edilib. İnanırıq ki, son dəyişikliklər münasibətlərin yenidən qurulmasına töhfə verəcək və Gürcüstanla ABŞ arasında strateji tərəfdaşlıq bərpa olunacaq”.

mənbə: axar.