Bu tarixdən etibarən Gürcüstanda elektrik enerjisinin gündüz və gecə tarifləri tətbiq olunacaq

Gürcüstanda, regionun digər ölkələrində olduğu kimi, 2027-ci ildən başlayaraq elektrik enerjisi üçün gündüz və gecə tarifləri qüvvəyə minəcək.
Hal-hazırda ölkədə pilləli tarif sistemi işləyir – yəni istehlak artdıqca ödəniş də artır.
Digər ölkələrdə isə gecə tarifləri gündüz tariflərindən daha ucuz olur və fərq adətən 6-10 tetri (qəpik) arasında dəyişir. Gürcüstanda gündüz və gecə tariflərinin tətbiqi saatlıq ticarət modelinə bağlıdır. Bu modelin tətbiqi bir neçə dəfə təxirə salınsa da, hökumətin yeni qərarına əsasən, tam funksional enerji birjası və saatlıq ticarət 2027-ci il 1 iyul tarixindən fəaliyyətə başlayacaq. Məhz bu tarixdən etibarən elektrik enerjisinin xərcləri gündüz və gecə tarifləri ilə hesablanacaq.
Qeyd edək ki, Gürcüstanda Enerji Birjası 2024-cü il 1 iyuldan işə düşüb, amma yalnız qismən – hazırda yalnız “gün əvvəl” və “günlük” modellə ticarət mümkündür. Saatlıq ticarət, balanslaşdırma və yardımçı xidmət bazarlarının tam istifadəyə verilməsi isə əvvəlcə 2025-ci ilin 1 iyuluna planlaşdırılsa da, yeni qərarla 2027-ci ilin 1 iyuluna təxirə salınıb.
Bundan əlavə, birjada iştirak könüllüdür və yalnız generasiya obyektlərinin sahibləri və böyük enerji istehlakçıları üçün nəzərdə tutulub. Əhali və kiçik biznes bu kateqoriyaya daxil deyil. Hazırda Enerji Birjasında 24 iştirakçı var – 18 MMC və 6 səhmdar cəmiyyət, hamısı “gün əvvəl” və “günlük” ticarət modellərində fəaliyyət göstərir
mənbə: interpress