Rustavi avtobanında DƏHŞƏTLİ QƏZA-VİDEO
Rustavi-Tbilisi avtomagistralında baş vermiş və bir nəfərin ölümü ilə nəticələnmiş ağır yol qəzasının şok təfərrüatları məlum olub.
Xeber.ge "İnfo Rustavi" regional informasiya agentliyinə istinadən xəbər verir ki, qəzaya uğrayan nəqliyyat vasitələrindən ikisi məktəbliləri ekskursiyaya aparan mikroavtobuslar olub.
Rustavi-Tbilisi magistralında bir neçə nəqliyyat vasitəsinin toqquşması nəticəsində zəncirvari ağır yol-nəqliyyat hadisəsi baş verib.
Son məlumatlara görə, qəza zamanı hadisə yerindəcə həyatını itirən şəxsin yol kənarında dayanan mikroavtobusun sürücüsü olduğu müəyyən edilib.
Məlumata görə, qəza zamanı magistralda hərəkətdə olan və zərbəyə məruz qalan nəqliyyat vasitələrindən ikisi məktəblilərin ekskursiyası üçün ayrılmış sərnişin mikroavtobusları olub. Sözügedən mikroavtobuslarda
Gardabani bələdiyyəsinin Kəsəlo kənd dövlət məktəbinin 2-ci sinif şandirdləri olublar. Şahidlərin ifadəsinə görə, maşında təxminən 17-18 uşaq səyahət edirmiş.
Qəza zamanı xəsarət alan azyaşlılar və zəncirvari toqquşmada iştirak edən "Mercedes" markalı minik avtomobilinin sürücüsü dərhal təcili yardım maşınları ilə "Rustavi" klinikasına təxliyə ediliblər.
Xəstəxananın Uşaq Təcili Yardım şöbəsinin növbətçi həkimi Şorena Dalakişvilinin"İnfo Rustavi"yə verdiyi rəsmi açıqlamaya görə, xəstəxanaya gətirilən 5 azyaşlı məktəblinin həyatı üçün heç bir təhlükə yoxdur:
"Uşaqların ümumi vəziyyətləri stabildir, onların həyatı üçün risk mövcud deyil. Məktəblilərdə yalnız yüngül bədən xəsarətləri (sıyrıqlar və əziklər) qeydə alınıb".
3 yetkin şəxs saon dərəcə ağır vəziyyətdədir Həkimlər bildirirlər ki, qəza nəticəsində uşaqlarla yanaşı daha 3 yetkin (böyük) şəxs də xəsarət alıb. Onlardan ikisinin bədənində müxtəlif dərəcəli ağır sümük sınıqları (motexiloba) aşkar edilib. Hazırda həmin şəxslər əməliyyat olunmaq üçün cərrahlar tərəfindən saata uyğun olaraq cərrahiyyəyə hazırlanır.
Daxili İşlər Nazirliyi faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi (Nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulması) ilə başladılmış rəsmi cinayət işi üzrə istintaq hərəkətlərini davam etdirir. Polislər qəzaya birbaşa səbəb olan sürücünün məsuliyyət dərəcəsini və ekskursiya avtobuslarının təhlükəsizlik qaydalarına riayət edib-etmədiyini yoxlayır.