Kişi həyat yoldaşını bıçaqlayıb
Tbilisidə kişi keçmiş həyat yoldaşını bıçaqlayıb.
Hadisə noyabrın 1-də axşam saatlarında qadının işlədiyi Dadiani küçəsində yerləşən gözəllik salonunda baş verib.
Hücumçunu dayandırmağa çalışan daha bir qadın yaralanıb. Əldə olan məlumata görə, həmin şəxs əvvəllər də məhkum olunub və bu yaxınlarda həbsxananı tərk edib.
Yaralı qadınlar klinikaya yerləşdirilib. Onların səhhətləri stabildir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin şəxs “isti izlər”lə yaxalanıb. İstintaq Cinayət Məcəlləsinin 11 Prima 118-ci maddəsinin 2-ci hissəsi ilə başlanılıb ki, bu da ailə üzvünün sağlamlığına qəsdən az ağır zərər vurmağı nəzərdə tutur.
mənbə: interpress