Telavidə həyat yoldaşına və azyaşlı övladına zorakılıq edən şəxs Zestafonidə saxlanıldı

Nov 2, 2026 - 10:11
 0  11
Telavidə həyat yoldaşına və azyaşlı övladına zorakılıq edən şəxs Zestafonidə saxlanıldı

Həyat yoldaşına və azyaşlı övladına qarşı zorakılıqda ittiham olunan, əvvəllər məhkum edilmiş şəxs saxlanılıb.

XEBER.GE xeber  verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, hadisə Telavidə baş verib. Zorakılıq törətdikdən və öldürməklə hədələdikdən sonra şübhəli hadisə yerindən qaçıb. O, isti izlərlə Zestafonidə saxlanılıb.

Nazirliyin məlumatında qeyd olunur ki, Kaxeti Polis Departamentinin əməkdaşları ailə üzvünə qarşı hədə-qorxu gəlməkdə, azyaşlının iştirakı ilə ailədaxili zorakılıq törətməkdə, eləcə də azyaşlıya qarşı zorakılıqda şübhəli bilinən, əvvəllər məhkum edilmiş şəxsi saxlayıblar.

İstintaqla müəyyən edilib ki, xaricdən yeni qayıdan kişi oktyabrın 31-də Telavidə mübahisə zəminində azyaşlı övladının yanında həyat yoldaşına fiziki zorakılıq göstərib və onu öldürməklə hədələyib. Daha sonra o, uşağı da döyərək hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanlarının əməliyyat və istintaq tədbirləri nəticəsində şübhəli İmereti bölgəsinin Zestafoni şəhərində saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126¹ və 11¹-151-ci maddələri ilə istintaq aparılır. Həmin maddələr 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.