Gürcüstanda ibtidai siniflər üçün məktəb formaları satışa çıxarılır

Nov 2, 2026 - 10:36
 0  22
Gürcüstanda ibtidai siniflər üçün məktəb formaları satışa çıxarılır

İbtidai sinif şagirdləri üçün məktəb formalarının satışı bu gündən başlayır.

XEBER.GE xeber  verir ki, bu barədə “Təhsil Resursları” MMC məlumat yayıb.

Məktəb formalarını həm satış məntəqələrindən, həm də formebi.emis.ge elektron platforması vasitəsilə onlayn almaq mümkün olacaq.

Ölkə üzrə 83 satış məntəqəsi bazar ertəsindən şənbəyədək, saat 10:00-dan 18:00-dək fəaliyyət göstərəcək.