Tbilisidə baş verən zorakılıqlarla bağlı daha bir nəfər həbs edilib

Oct 10, 2025 - 14:47
 0  19
Tbilisidə baş verən zorakılıqlarla bağlı daha bir nəfər həbs edilib

Gürcüstanın paytaxtı Tbilisi şəhərində oktyabrın 4-də baş verən zorakılıq hadisələrində iştirak etdiyi müəyyən olunan daha bir nəfər (G.K) həbs edilib.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirlikdən bildirilib ki, polis əməliyyat-istintaq tədbirlərini davam etdirir və hazırda ümumilikdə 46 nəfər həbs olunub:

"Onların işinə Cinayət Məcəlləsinin 317, 222, 225 və 187-ci maddələri ilə baxılır".

mənbə: report