Xelvaçauridə restoranda baş verən qanlı qarşıdurma ilə bağlı 5 nəfər saxlanılıb

Oct 18, 2025 - 13:04
 0  15
Xelvaçauridə restoranda baş verən qanlı qarşıdurma ilə bağlı 5 nəfər saxlanılıb
: :
playing

Polis Acarıstanda qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlıq ittihamı ilə 5 xarici ölkə vətəndaşını saxlayıb.

Xeber.ge xeber  verir ki, DİN-in məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən M.O. Xelvaçauri bələdiyyəsində yerləşən restoranların birində Türkiyə Respublikasının iki vətəndaşına: 2001-ci il təvəllüdlü D.O. və 1994-cü il təvəllüdlü Ü.O.-ya soyuq silahla bədənin müxtəlif nahiyələrindən xəsarətlər yetirib.

Yaralanan kişilər xəstəxanaya aparılıb və onlara müvafiq tibbi yardım göstərilib.

Xuliqanlıq ittihamı ilə saxlanılan 4 şəxsə gəldikdə isə, istintaqla müəyyən edilib ki, onlar həmin restoranda kobud şəkildə ictimai asayişi pozub, restoranda olan şəxsləri təhqir edib və restoranın inventarını zədələyiblər.

İş üzrə müvafiq prosessual və istintaq hərəkətləri davam etdirilir.

İstintaq Cinayət Məcəlləsinin 117-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 239-cu (xuliqanlıq) maddələri ilə aparılır. Cinayətlər 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.