İnterpolun qırmızı sirkulyarı ilə axtarılan Türkiyə vətəndaşları yaxalandı

Jun 6, 2026 - 13:56
 0  19
İnterpolun qırmızı sirkulyarı ilə axtarılan Türkiyə vətəndaşları yaxalandı

Gürcüstan hüquq-mühafizə orqanları və xüsusi xidmət strukturları Batumi şəhərində beynəlxalq səviyyədə axtarışda olan şəxslərə qarşı birgə uğurlu əməliyyat keçirib.

Xeber.ge xəbər verir ki, Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminall Polisi Departamentinin Acarıstan Baş İdarəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Antiterror Mərkəzinin əməkdaşları tərəfindən Türkiyə Respublikasının 2 vətəndaşı saxlanılıb.

 Nazirliyin yaydığı rəsmi bəyanata əsasən, həmin şəxslər Türkiyə Respublikasının hüquq-mühafizə orqanlarının rəsmi müraciəti və tələbi əsasında fərqli cinayət əməllərinə görə İnterpolun qırmızı sirkulyarı ilə beynəlxalq səviyyədə axtarışa verilibmişlər.

Gürcüstanın təhlükəsizlik qüvvələrinin Batumi şəhərində müxtəlif vaxtlarda həyata keçirdiyi operativ-axtarış və istintaq tədbirləri nəticəsində hər iki məhkum olunmuş şəxsin gizləndiyi ünvanlar müəyyən edilib və onlar qandallanıb.

DİN rəsmən bildirir ki, hazırda saxlanılan Türkiyə vətəndaşlarının barəsində Gürcüstan qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun olaraq ekstradisiya prosedurları (saekstraditsio protsedurebi) həyata keçirilir.

Yaxın günlərdə onların rəsmi Ankaranın müvafiq qurumlarına təhvil veriləcəyi gözlənilir.