“Kazbegi” gömrük keçid məntəqəsində bütün növ gömrük nəzarəti prosedurları dayandırılıb

Dariali vadisində mürəkkəb meteoroloji vəziyyətlə əlaqədar yaranmış fövqəladə vəziyyətlə bağlı “Kazbegi” gömrük keçid məntəqəsində bütün növ gömrük nəzarəti prosedurları dayandırılıb.
Bu barədə Gəlirlər Xidməti məlumat yayıb.
Gürcüstanın gömrük sərhədində malların idxalı və ixracı, habelə dövlət sərhədindən keçən fiziki şəxslər üçün gömrük nəzarəti prosedurları buraxılış məntəqəsi vasitəsilə həyata keçirilə bilmir.
“Hava şəraiti yaxşılaşdıqdan sonra “Kazbegi” DQM adi qaydada tam yüklə işini davam etdirəcək. Müvafiq olaraq, sərnişinlərin və yüklərin daşınması rahat həyata keçiriləcək”, - Gəlirlər Xidmətindən bildirilib.
mənbə: interpress