Gürcüstan hökuməti təsdiqləndi
11-ci çağırış Gürcüstan parlamenti İrakli Kobaxidzenin rəhbərlik etdiyi yenilənmiş hökumətə və 2025-2028-ci illər üçün “Avropa üçün yalnız sülh, ləyaqət və firavanlıq” adlı hökumət proqramına etimad göstərib.
Hökumət proqramına əsasən, Gürcüstanın iki ən mühüm milli məqsədi var: ölkənin ərazi bütövlüyünü dinc yolla bərpa etmək və yoxsulluğu tamamilə aradan qaldırmaq.
Proqrama dövlət siyasətinin dörd əsas istiqaməti daxildir: demokratik inkişaf; iqtisadi inkişaf; sosial siyasət və insan kapitalının inkişafı; xarici siyasət və müdafiə.
Hökumətin xarici siyasət və müdafiəyə baxışı dinc vasitələrlə ərazi bütövlüyünün bərpasına və suverenliyin möhkəmləndirilməsinə, regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsinə, Gürcüstanın Avropa və Avro-Atlantik strukturlara inteqrasiyasına və beynəlxalq tərəfdaşlarla əlaqələrin dərinləşdirilməsinə yönəlib.
Gürcüstanın baş naziri vəzifəsinə namizəd İrakli Kobaxidzenin təklif etdiyi hökumət tərkibinə 2025-2028-ci illər üçün hökumət proqramı ilə etimad göstərilməsi məsələsi üzrə səsvermə o, parlamentin plenar iclasında hökumətin planları barədə deputatlara məlumat verdikdən sonra keçirilib.
Gürcüstanın yenilənmiş hökuməti:
İrakli Kobaxidze – baş nazir;
Maka Boçorişvili – xarici işlər naziri;
Anri Oxanaşvili – ədliyyə naziri;
David Sonqulaşvili – ətraf mühit və kənd təsərrüfatı naziri;
Levan Davitaşvili – iqtisadiyyat və davamlı inkişaf naziri;
Tinatin Ruxadze – mədəniyyət və idman naziri;
İrakli Çikovani - müdafiə naziri;
Laşa Xutişvili – maliyyə naziri;
İrakli Karseladze – regional inkişaf və infrastruktur naziri;
Vaxtanq Qomelauri – daxili işlər naziri;
Aleksandr Tsuladze – təhsil, elm və gənclərlə iş naziri;
Mixail Sarjveladze – işğal olunmuş ərazilərdən məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri;
Teya Axvlediani - barışıq və vətəndaş bərabərliyi üzrə dövlət naziri.
mənbə: modern