Kaxetidə toy iştirakçısını bıçaqlayıblar

Oct 17, 2026 - 21:04
 0  17
Kaxetidə toy iştirakçısını bıçaqlayıblar

Kaxeti bölgəsinin Kvareli bələdiyyəsinin Şilda kəndində baş verən qarşıdurma zamanı 20 yaşına yaxın gənc bıçaqlanıb.

XEBER.GE xeber  verir ki, bu barədə “Mtavari Ambebi Kaxetidən” məlumat yayıb.

Məlumata görə, gəncə xəsarətləri yetkinlik yaşına çatmayan şəxs yetirib. Yaralı təcili tibbi yardım briqadası tərəfindən klinikaya çatdırılıb. Həkimlərin sözlərinə görə, onun həyatı üçün təhlükə yoxdur.

Hadisə toyun ikinci günündə baş verib. Gənclər Nekresi monastır kompleksində qeyd etdikləri mərasimdən sonra kəndə qayıdaraq onlardan birinin atasının məzarını ziyarət ediblər. Burada qarşıdurma yaranıb və qəbiristanlıqda olan şəxslərə bir qrup yeniyetmə hücum edib. Şifahi mübahisədən sonra qrup üzvlərindən biri toy iştirakçısını soyuq silahla yaralayıb. Zərərçəkənin baş və bel nahiyəsindən xəsarət aldığı bildirilir.

Polis yaralının yanında olan şəxsləri və onların ailə üzvlərini ifadə vermək üçün Kvareli Polis İdarəsinə aparıb.

DİN-in məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 120-ci maddəsi, qəsdən sağlamlığa yüngül zərər vurma faktı üzrə istintaq başlanılıb. Hazırda saxlanılan yoxdur.