Kaspi-Kavtısxevi yolunda dəhşətli qəza: 19 yaşlı gənc qız həyatını itirdi

Jul 15, 2026 - 10:55
Jul 15, 2026 - 10:57
 0  16
Kaspi-Kavtısxevi yolunda dəhşətli qəza: 19 yaşlı gənc qız həyatını itirdi
: :
playing

Kaspi-Kavtısxevi avtomobil yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Dünən gecə saatlarında qeydə alınan qəza gənc bir qızın həyatına son qoyub.

 XEBER.GE  xəbər verir ki, əldə olunan məlumatlara görə, gənclər dostlarının ad günündən -Kvataxevi monastırı yaxınlığından geri dönürlərmiş.

Hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirərək yoldan çıxıb və yol kənarındakı torpaq təpəyə çırpılıb.

Qəza nəticəsində avtomobildə sərnişin qismində olan 19 yaşlı qız hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər gənclərin də xəsarət aldığı və onların xəstəxanaya yerləşdirildiyi bildirilir.

Qəzaya səbəb olan nəqliyyat vasitəsinin sürücüsü hüquq-mühafizə orqanları tərəfindən artıq saxlanılıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi (Nəqliyyat vasitəsinin hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) ilə istintaq aparılır.

Bu maddə təqsirkar şəxs üçün 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.