Ölkə üzrə 59 narkotacir daxil olmaqla 121 nəfər həbs edildi-VİDEO

Jul 15, 2026 - 11:55
Jul 15, 2026 - 12:05
 0  15

Gürcüstanın Daxili İşlər Nazirliyi ölkə miqyasında həyata keçirilən irimiqyaslı əməliyyat-istintaq tədbirlərinin növbəti nəticələrini açıqlayıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ittihamı ilə 121 nəfər saxlanılıb. Onlardan 59-u bilavasitə narkotik maddələrin satışı sxemində müxtəlif formalarda iştirak edən şəxslərdir.

 XEBER.GE xəbər verir ki, saxlanılanlar arasında həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları var.

DİN-in məlumatına görə, cinayətkar şəbəkənin ifşası üçün xüsusi və gizli əməliyyat metodlarından istifadə olunub:

Polis hakimin müvafiq qərarı əsasında şübhəli şəxslərdən dəfələrlə qanunsuz narkotik vasitələrin nəzarətli alışını həyata keçirib və bu proses gizli audio-video lentə alınıb.

Xaricdən gizli şəkildə göndərilən bağlamaların tərkibi hüquq-mühafizə orqanları tərəfindən saxtaları ilə əvəzlənib və bu yolla külli miqdarda narkotik vasitənin ölkəyə daxil olmasının qarşısı alınaraq həmin şəxslər cinayət başında yaxalanıb.

Şübhəli şəxslərin üzərinə, yaşayış evlərinə, avtomobillərinə keçirilən baxış, həmçinin istintaq eksperimentləri zamanı satışa hazırlanmış külli miqdarda müxtəlif növ narkotik və psixotrop maddələr müsadirə edilib:

Metadon, Alfa-PVP, Kokain, Ketamin, Buprenorfin, Marixuana, çətənə bitkiləri və s.

Maddələrin qablaşdırılması üçün istifadə olunan materiallar, elektron tərəzilər və narkotik ticarətindən əldə edildiyi ehtimal olunan külli miqdarda pul vəsaiti.

Daxili İşlər Nazirliyi cari ilin ilk 6 ayı üzrə dəhşətli statistikanı da açıqlayıb:

2026-cı ilin ilk 6 ayında narkotik cinayətlərinə görə ümumilikdə 5 000-dək şəxs məsuliyyətə cəlb edilib.

Onlardan təxminən 1 000 nəfəri narkotik satışı (realizasiyası) ilə məşğul olan şəxslərdir.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə narkotik cinayətlərinə görə məsuliyyətə cəlb edilənlərin sayı 85% artıb.

Faktlarla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260, 260-3, 260-4, 261 və 265-1-ci maddələri ilə istintaq aparılır. Bu maddələr təqsirləndirilən şəxslər üçün 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.