İstifadəsiz vaqonda yanğın baş verib

Tbilisinin Samqori rayonunda istifadəsiz vəziyyətdə olan dəmiryol vaqonlarından birində yanğın baş verib.
Hadisə zamanı xəsarət alan olmayıb.
Fövqəladə Halların İdarəolunması Xidmətinin məlumatına görə, yanğın yalnız bir vaqonu əhatə edib və qısa müddətdə söndürülüb.
“Yanğın tamamilə söndürülüb, hadisə nəticəsində heç kim xəsarət almayıb”, – deyə qurumun nümayəndələri bildiriblər.
Hadisənin başvermə səbəbləri araşdırılır.
mənbə: interpress