İstanbulda kuryeri qətlə yetirməkdə şübhəli bilinən iki Gürcüstan vətəndaşı saxlanılıb

Apr 2, 2026 - 22:00
 0  46
İstanbulda kuryeri qətlə yetirməkdə şübhəli bilinən iki Gürcüstan vətəndaşı saxlanılıb

İstanbulun Beyoğlu rayonunda qazaxıstanlı kuryerin ölümü ilə nəticələnən ağır cinayət hadisəsi baş verib.

  Xeber.ge xeber  verir ki, Türkiyə mediasına istinadən verdiyi məlumata görə, küçənin ortasında Qazaxıstan vətəndaşı olan kuryerlə iki Gürcüstan vətəndaşı arasında mübahisə yaranıb. Sözlü qarşıdurma qısa müddətdə fiziki əlbəyaxa davaya çevrilib.

  İlkin məlumatlara görə, dava zamanı Gürcüstan vətəndaşları kuryerə bıçaqla çoxsaylı xəsarətlər yetiriblər. Yaralı şəxs aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

  Cinayəti törətməkdə şübhəli bilinən şəxslər hadisə yerindən qaçmağa nail olublar. Türkiyə hüquq-mühafizə orqanları şübhəlilərin istifadə etdiyi avtomobili şəhərin çıxışında saxlasalar da, onların maşında olmadığı müəyyən edilib. Bundan sonra ərazidə dronların köməyi ilə genişmiqyaslı axtarış əməliyyatı başladılıb.

Jandarma qruplarının keçirdiyi əməliyyat nəticəsində sərhədə yaxın ərazidə ölkədən qaçmağa çalışan iki Gürcüstan vətəndaşı saxlanılıb.

 Hazırda saxlanılan şəxslərlə bağlı istintaq tədbirləri davam etdirilir.