İsrail əsgərləri müsəlman körpəyə ağır işgəncə verib VİDEO

Mar 27, 2026 - 15:10
 0  19

Hələ iki yaşı tamam olmamış azyaşlı fələstinli uşaq İsrail həbsxanasından işgəncə izləri ilə geri qayıdıb.

Xeber.ge xəbər verir ki, 21 aylıq Cavad Əbu Nassar martın 19-da 25 yaşlı atası Osama Əbu Nassarla birlikdə bayram münasibətilə şirniyyat almaq üçün evdən çıxıb.

Uşağın babası Məhəmməd Hüsnü Əbu Nassarın sözlərinə görə, ata yolunu azaraq İsrail hərbçilərinin yerləşdiyi və mülki şəxslərin keçməsinin qadağan olunduğu “sarı xətt” istiqamətinə gedib və onu keçib. Baba bunu anlayan kimi onların arxasınca qaçsa da, gecikib – ata və uşaq artıq saxlanılmışdı. O, ehtiyat üçün Əl-Əqsa şəhidlər xəstəxanasında əlaqə məlumatlarını qoyub ki, nəvəsi ora gətirilərsə, ona xəbər verilsin.

Uşaq xəstəxanaya çatdırıldıqdan sonra ailəsinə təhvil verilib. Evdə ondan “Nə olub?” deyə soruşulduqda, o yalnız “qan” sözünü deyə bilib. “Atan haradadır?” sualına isə “getdi” cavabını verib və sonra anasına sarılaraq ağlamağa başlayıb. Anası uşağın paltarını dəyişəndə isə uşağın dizlərinin ətrafında və ayaqlarının arxa hissəsində yaralar, baldır nahiyəsində isə deşik olduğunu görüb. Əvvəlcə, ailə bunun qəlpə izi olduğunu düşünsə də, sonradan xəstəxanada məlum olub ki, bunlar siqaret yanığıdır, baldır isə iti alətlə deşilib.

Uşaq ağrıların şiddətindən ağlayır və yatmaqda çətinlik çəkir.

Xatırladaq ki, İsrail ordusu 2023-cü il 7 oktyabrdan bəri Qəzza sektorunda hərbi cinayətlər, soyqırımı və kütləvi qətliamlar törədərək onminlərlə uşaq və qadını qətlə yetirib.

mənbə: azshafaqna.com