İran İsrailin Ben-Qurion aeroportuna ƏN YENİ dronlarla hücum edib
İran ən yeni "Araş-2" pilotsuz uçuş aparatı (PUA) ilə İsrailin Ben-Qurion hava limanına uğurlu zərbə endirdiyini açıqlayıb.
Xeber.ge xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, istifadə edilən PUA-ların əksəriyyəti məhz "Araş-2" modelinə aid olub. Bu model dağıdıcı gücünə və texniki xüsusiyyətlərinə görə əvvəlki "Kian" və "Araş-1" versiyalarını üstələyir. Bu dronların uçuş məsafəsi 2 000 kilometrə çatır.
Bildirilir ki, "Araş-2" çox aşağı radar görünürlüyünə malikdir, bu da onun hava hücumundan müdafiə (HHM) sistemlərinin radar zonalarını maneəsiz keçməsinə imkan verir. Bundan əlavə, o, raketlər və HHM vasitələri ilə müqayisədə daha uzun uçuş müddəti və aşağı maya dəyəri ilə seçilir.
mənbə: oxu.az