İran F-15 qırıcısının ələ keçirildiyini bəyan edib

Mar 22, 2026 - 13:53
 0  23
İran F-15 qırıcısının ələ keçirildiyini  bəyan edib

İran ordusu ABŞ və İsrail ilə münaqişə zamanı daha bir F-15 qırıcısını vurduğunu iddia edir.

Xeber.ge xeber  verir ki, bu barədə İranın dövlət teleradio şirkəti məlumat yayıb.

"Bir neçə saat əvvəl ölkənin cənub sahillərində, Hörmüz adası yaxınlığında düşmənə məxsus F-15 qırıcısı aşkar edilərək müdaxilə edilib, bundan sonra İran ordusunun hava hücumundan müdafiə kompleksinin "yer-hava" tipli raketi ilə hədəfə zərbə endirilib", - deyə məlumatda bildirilir.