Husilər Qırmızı dənizdə ABŞ-ın gəmisinə 7-ci dəfə hücum etdi
ABŞ-ın “USS Harry Truman” aviadaşıyıcı gəmisinə Qırmızı dənizdə yeddinci dəfə hücum edilib.
Xeber.ge xəbər verir ki,
“Aviadaşıyıcı gəmiyə qarşı onun Qırmızı dənizə gəlməsindən sonra yeddinci hücum həyata keçirildi. Həmlə bir neçə pilotsuz uçuş aparatı ilə edilib”, – məlumatda bildirilib.
Qeyd edilib ki, husilər hadisələrin istənilən inkişaf ssenarisinə hazırdır və Qəzza zolağında baş verənləri diqqətlə izləyirlər.
mənbə: publika.az