İran-İraq sərhədində sərnişin terminalı vuruldu
ABŞ İranın Xuzistan əyalətinə raket zərbələri endirib.
XEBER.GE xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, İran-İraq sərhədində yerləşən Şələmçə sərhəd-keçid məntəqəsinin sərnişin terminalı raket hücumuna məruz qalıb.
İlkin məlumatlara əsasən, hücum nəticəsində iki nəfər ölüb.
Hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Buna baxmayaraq, sərhəd-keçid məntəqəsinin fəaliyyətini dayandırmadığı qeyd olunub.
Xuzistan əyalətinin Əndiməşq şəhəri yaxınlığındakı bir obyektin də ABŞ raketləri ilə hədəfə alındığı bildirilir.
mənbə: qafqazinfo.az