İran bahalı avtomobillərin idxalını qadağan edir

Sep 30, 2026 - 21:18
 0  40
İran bahalı avtomobillərin idxalını qadağan edir

Bir neçə dəqiqə əvvəl İran İslam Respublikasının Gürcüstandakı səfirliyi məlumat yayıb ki, Prezident Məsud Pezeşkianın sərəncamı ilə çərşənbə günündən, 2026-cı il sentyabrın 30-dan etibarən bahalı avtomobillərin idxalı qadağan olunacaq.

XEBER.GE xeber  verir ki, hələlik məlum deyil ki, daha dəqiq desək, "bahalı avtomobil" nə deməkdir və qiymət məhdudiyyəti necə olacaq.

İranda maşınları əsasən Çin Xalq Respublikasından alırlar. Statistikada ikinci yerdə Türkiyədir. Gürcüstan İranın maşın idxal etdiyi ölkələrin onluğuna belə daxil deyil.

2026-cı ilə qədər İran da Gürcüstanın avtomobil ixrac etdiyi onluqda olmayıb.

Bu il isə – 8 ay ərzində – Gürcüstandan İrana 129.2 milyon lari dəyərində 7 360 maşın satılıb.