Baxmaro və Gomistmi yollarında hərəkət tam qadağan olundu

Nov 9, 2026 - 12:56
 0  25
Baxmaro və Gomistmi yollarında hərəkət tam qadağan olundu

Havanın kəskin pisləşməsi ilə əlaqədar Çoxatauri-Baxmaro yolunda bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.

XEBER.GE xeber  verir ki, bu barədə məlumatı Gürcüstan Avtomobil Yolları Departament yayıb.

Mürəkkəb meteoroloji şərait (qar, çovğun, məhdud görünüş) səbəbindən daxili əhəmiyyətli Çoxatauri-Baxmaro yolunun 34-53-cü kilometrləri arasında (Çxaqaura-Baxmaro hissəsi) bütün növ nəqliyyatın hərəkəti dayandırılıb. Yolun 1-33-cü kilometrlərində (Çoxatauri-Çxaqaura) isə gediş-gəliş sərbəstdir.

Analoji hava şəraitinə görə Ozurgeti-Şemoqmedi-Bjuşhesi-Gomistmi avtomobil yolunun 14-33-cü kilometrlərində də nəqliyyatın hərəkətinə tam qadağa qoyulub. Yolun 1-13-cü kilometrlərində hərəkət sərbəst şəkildə davam edir.

Qar yağması ilə əlaqədar olaraq Nakerala aşırımında qoşqulu və yarımqoşqulu ağır tonnajlı avtonəqliyyat vasitələrinin hərəkətinə qoyulan müvəqqəti qadağa da qüvvədə qalır.