İntim görüntüləri yayaraq şəxsi intihara sürükləyən iki nəfərə 5 il həbs cəzası verilib.

Oct 24, 2026 - 14:00
 0  8
İntim görüntüləri yayaraq şəxsi intihara sürükləyən iki nəfərə 5 il həbs cəzası verilib.

Gürcüstanın Qurcaani Rayon Məhkəməsi prokurorluq tərəfindən təqdim olunan sübutları qəbul edərək, iki təqsirləndirilən şəxsi intihara çatdırma, həmçinin şəxsi həyatın sirrini təşkil edən məlumatları qanunsuz saxlama və yayma faktlarına görə təqsirli bilib.

XEBER.GE xeber  verir ki, bu barədə Prokurorluq məlumat yayıb.

Qurumun məlumatına görə, məhkəmədə araşdırılan sübutlarla müəyyən edilib ki, təqsirləndirilən şəxslər zərərçəkmişə məxsus intim xarakterli foto və video materialları saxta Facebook səhifəsindən istifadə etməklə əldə ediblər. Daha sonra onlar zərərçəkmişin şərəf və ləyaqətini alçaltmaq məqsədilə həmin foto və video materialları qanunsuz şəkildə yayıblar, həmçinin zərərçəkmişin ailə üzvlərinə və tanışlarına göndəriblər.

Nəticədə zərərçəkmiş ağır psixoloji vəziyyətə düşüb və intihar edərək həyatına son qoyub.

Qurcaani Rayon Məhkəməsi təqsirləndirilən şəxsləri Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsinin birinci hissəsi (hədə-qorxu və qəddar rəftar yolu ilə şəxsi intihara çatdırma) və 157¹-ci maddəsinin ikinci hissəsi (sosial şəbəkə vasitəsilə şəxsi həyatın sirrini təşkil edən məlumatların qanunsuz saxlanılması və yayılması) ilə təqsirli bilib. Cinayətlərin məcmusu üzrə hər iki şəxsə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.