İmeretidə silah və narkotik əməliyyatı -VİDEO
Daxili İşlər Nazirliyinin Patrul Polis Departamentinin İmereti Baş İdarəsi və həmin departamentin İmereti İstintaq Xidmətinin əməkdaşları atəşli silah, döyüş sursatı və narkotik vasitələrin qanunsuz əldə edilməsi və saxlanması ittihamı ilə bir şəxsi həbs ediblər.
XEBER.GE xeber verir ki,
İstintaq tədbirləri zamanı həmçinin "Buprenorfin" narkotik maddəsi də aşkar olunub.
Cinayət işi Cinayət Məcəlləsinin 236-cı və 260-cı maddələri ilə davam etdirilir - bu maddələr 6 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.