II İliyanın nəşi Müqəddəs Üçlük (Sameba) Kafedralına köçürülür
Bu gün, 2026-cı il martın 18-də Bütün Gürcüstanın Katolikos-Patriarxı, Msxeta-Tbilisi arxiyepiskopu, Biçvinta və Sxum-Abxaziya mitropoliti II İliyanın nəşi vida mərasimi üçün Patriarxlıq iqamətgahından Sameba Kafedral Kilsəsinə köçürüləcək.
Xeber.ge xəbər verir ki,
Mərhum Patriarxın nəşinin iqamətgahdan çıxarılması və Sameba kilsəsinə qədər davam edəcək piyada yürüş saat 16:00-da başlayacaq.
Mərasimdə kilsə xadimləri ilə yanaşı, minlərlə vətəndaşın və dövlət rəsmilərinin iştirakı gözlənilir.
Patriarxın nəşi Sameba kilsəsinə gətirildikdən sonra burada bir neçə gün davam edəcək vida mərasimi və dini ayinlər icra olunacaq. Ölkənin hər yerindən gələn möminlərin II İliya ilə son dəfə vidalaşması üçün kilsənin qapıları açıq olacaq.