İrakli Qaribaşviliyə qarşı ittiham irəli sürülməyib

Oct 22, 2025 - 22:31
 0  15
İrakli Qaribaşviliyə qarşı ittiham irəli sürülməyib

Hazırkı mərhələdə Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşviliyə qarşı ittiham irəli sürülməyib.

Bu barədə onun vəkili Lili Gelaşvili yerli mediaya açıqlamasında bildirib.

O, qanunsuz gəlir əldə etmə və korrupsiyanın ayrı-ayrı anlayışlar olduğunu qeyd edib.

Vəkil İ.Qaribaşvilinin məsələ ilə bağlı yaxın günlərdə xüsusi bəyanatla çıxış edəcəyini deyib.

mənbə: apa