Gürcüstanda "Oğru dünyası" əməliyyatı: Saxlanılanlar arasında qadınlar da var-VIDEO
Gürcüstan hüquq-mühafizə orqanlarının həyata keçirdiyi genişmiqyaslı anti-kriminal əməliyyatın yeni təfərrüatları məlum olub.
Xeber.ge xəbər verir ki,
Daxili İşlər Nazirliyinin yaydığı gizli audio və video yazılardan aydın olur ki, kriminal qruplaşma üzvləri təxminən 450 000 dollar (1 220 000 lari) məbləğində mübahisəli işləri "Babu" ləqəbli tanınmış kriminal avtoritet Aslan Kobuladzeyə yönləndiriblər.
(Qeyd: Kriminal iyerarxiya və "oğru dünyası"nın strukturunu anlamaq üçün sxem)
Qeydlərdə tərəflər arasında ağır söyüşlər, fiziki zorakılıq və ölüm hədələri eşidilir. İstintaq çərçivəsində Aslan Kobuladze və "Duka" ləqəbli qardaşı da cinayət məsuliyyətinə cəlb edilib.
Əməliyyat zamanı diqqətçəkən məqamlardan biri də saxlanılanlar arasında 3 qadının olmasıdır. Onlardan biri, 60 yaşlı qadın, "oğru dünyası" ilə əlaqədə şübhəli bilinərək qandallanıb.