İdxal edilən siqaretə aksiz vergisi artırılır
Parlamenti ilk oxunuşda, sürətləndirilmiş prosedurla, 77 səs lehinə, 1 əleyhinə olmaqla “Gürcüstanın Vergi Məcəlləsinə” dəyişiklik layihəsini dəstəkləyib. Layihə siqaretə tətbiq olunan aksiz dərəcəsinin dəyişdirilməsini nəzərdə tutur.
Qanun layihəsinə əsasən, idxal edilən siqaretə tətbiq olunan sabit aksiz dərəcəsi 1,9 laridən 2,75 laridək artırılır, ad valor - dəyər əsasında hesablanan aksiz dərəcəsi isə 30%-dən 20%-ə endirilir.
Yerli istehsal olan 35 milyon qutuya qədər siqaretə sabit olaraq 1,3 lari aksiz və 15%-lik ad valor vergisi tətbiq ediləcək, lakin 35 milyon qutudan artıq yerli istehsala idxal olunmuş siqaretlə eyni aksiz dərəcəsi şamil ediləcək.
Məruzəçi Şota Berekashvilinin sözlərinə görə, dəyişikliklərin əsas məqsədi yerli istehsalın stimullaşdırılması və dövlət büdcəsinə əlavə gəlir şəklində müsbət fiskal effektin əldə edilməsidir.
Qanun layihəsinə əsasən, aksiz vergisinin artımı 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək.
mənbə: marneulifm