İmran Xanın ölüm xəbəri yayıldı

Nov 26, 2025 - 14:25
 0  14
İmran Xanın ölüm xəbəri yayıldı

Pakistanın keçmiş baş naziri İmran Xanın müəmmalı şəkildə öldürüldüyü iddia olunub.

Xeber.ge xəbər verir ki, bu barədə “Afganistan Tayms” qəzeti məlumat dərc edib.

Onun meyitinin həbsxanadan çıxarıldığı qeyd edilir.

"İslamabad Post" qəzeti də öz növbəsində Pakistan Təhrik-e-İnsaf hərəkatının yaraqlılarının Adiala həbsxanasına girməyə cəhd etdiyini bildirib.

Hökumətin həbsxananı qorumaq üçün dərhal əlavə hərbi qüvvələr yerləşdirdiyi vurğulanır.

Məsələ ilə bağlı Pakistan hökuməti rəsmi açıqlama verməyib.

mənbə: axar.az