Hava şəraiti ilə bağlı xəbərdarlıq edildi

Sinoptiklərin məlumatına görə, sentyabrın 18-dən sentyabrın 20-si günün ikinci yarısına kimi Gürcüstanda yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, güclü külək əsəcəyi, dənizdə 3-4 bal gücündə fırtına olacağı gözlənilir.
Milli Ətraf Mühit Agentliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə xəbərdarlıq edir.
“Gözlənilən yağıntılar Gürcüstan çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, dağlıq və yüksək dağlıq ərazilərdə sürüşmələrin başlamasına və aktivləşməsinə (təhlükə səviyyəsi orta) səbəb ola bilər”, -bəyanatda deyilir.
mənbə: Intrepress.ge