Kür çayında gənc oğlan axtarılır

Sep 16, 2025 - 21:58
 0  12
Kür çayında gənc oğlan axtarılır

Rustavidə Mtkvari çayında 16 yaşlı yeniyetmənin axtarışları hələ də davam edir.

Xilasedicilər və dalğıclar Qırmızı körpüyə qədər çayın məcrasına baxış keçiriblər.

Hadisə şahidinin verdiyi məlumata görə, sentyabrın 14-də səhər saatlarında o, sağ və sol sahilləri birləşdirən körpünün məhəccərindən asılmış köynək görüb.

Mövcud məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları körpünün ərazisində cib telefonu və qulaqcıq aşkar ediblər.

Xatırladaq ki, 16 yaşlı Rezo Dataşvili sentyabrın 14-də yoxa çıxıb və o vaxtdan axtarılır.

mənbə: Intrepress.ge